Türkçü Dergi, Dergimiz Fikrimizdir!
 
Kurkayaoğlu Kürşad Söyleşisi- Milletçilik Gazetesi (Azerbaycan) Tarih: 30-10-2014

 

Qurdqayaoğlu Kürşad: “Məqsədimiz -Türkü ucaldan Türkçülük düşüncəsini ən yaxşı şəkildə təmsil etmək və bütövlükdə cəmiyyətə mənimsətməkdir”

Son illər ərzində qardaş Türkiyə Cümhuriyyətində milli qeyrətə sahib gənclərin yeni bir təşkilatı fəaliyyətə başlamışdır. “Birləşmiş Türkçü Cəbhə” (Türkiyə türkcəsində: Birleşik Türkçü Cephe/ BTC) adlanan bu qurum artıq Türkiyədə ən fəal və geniş şaxələnmiş milliyyətçi gənclərin təşkilatına çevrilmişdir. Birləşmiş Türkçü Cəbhənin yaradıcılarından biri və onun başqanı Qurdqayaoğlu Kürşadla internet üzərindən müsahibəni sayğılı oxucularımıza təqdim edirik.

- Özünüz barədə məlumat verərdiniz

- Gerçək adım Vəli Kürşad Öztürkdür. Türkiyədə qədim köçəri türk tayfalarından biri Qurdqaya oğulları adını bir təxəllüs kimi götürdüm və indi məni daha çox Qurdqayaoğlu Kürşad kimi tanıyırlar. Orta təhsilimi Antalyada tamamladıqdan sonra İstanbula getdim. Hazırda Mərmərə Universitetində Türkologiya fakültəsində oxuyuram.

- Türkçü fəaliyyətinizin başlanması, təşkilatınız və onun yaranma səbəbləri barədə bilgilərlə oxucularımızı tanış edərdiniz

- Türkçü təşkilatlanma içində ilk yer almağım 2006-cı ildə “Antalyalı Türkçülər” platformasının yaranmasında iştirakım zamanı baş verib. Antalyalı türkçülər olaraq ölkəmizdəki və Türk Dünyasındakı hadisələrə biganə qalmayaraq reaksiyamızı göstərdik. Bəzən kütləvi hərəkatlar, bəzən bəyanat və afişa işləri, bəzən də sprey boya ilə şüar yazmaq işlərimiz oldu. Beləcə, Antalyanın çərçivələrini aşdıq.
Antalyada yerli bir jurnalda müsahibə verdik. İnternet üzərindən, telefon və məktub vasitəsilə müxtəlif şəhərlərdəki bir çox Türkçülər bizimlə əlaqə saxlamağa başladılar. Antalyalı Türkçülərin yaxşı çalışdığını, ancaq Antalya şəhəri ilə məhdudlaşdığını söylədilər.
Bizim “Antalyalı Türkçüləri” platformasını qurmaqda məqsədimiz Türkiyənin böyük qurucusu və Türk Dünyasının sayılı başbuğlarından olan Mustafa Kamal Atatürkümüzün Qurtuluş Döyüşü əvvəli tətbiq olunan təşkilatlanma modelini, yəni Kuvva-ı Milliyə modelini tətbiq etmək idi. Kuvva-ı Milliyə çətin şərtlərdə təşkilatlanmalar üçün etibarlı bir üsuldur. Kuvva-ı Milliyə təşkilatlanması Türkiyənin işğalı vaxtı regional müqavimətlərin başlaması şəklində olmuşdur. Şəhərlərdə güclənən təşkilatlar, zamanı gəldiyində birləşərək Rəhbər Mustafa Kamal Atatürkün yenilməz ordusunu meydana gətirmişdir.
Biz də “Antalyalı Türkçülər”i bu məqsədlə qurmuşduq. Daha sonra universitet və iş səbəbləriylə Antalyadakı yoldaşlarımız müxtəlif şəhərlərə getdilər. Burada da yeni türkçü yoldaşlarla tanış oldular. Bizə gələn istəklər “Antalyalı Türkçülər”in böyüməsi, ölkədəki digər türkçü qrupların birləşməsi və yeni türkçü bir təşkilatın yaradılması istiqamətində idi. Biz də bu istəkləri qəbul etdik. 2009 və 2010-cu illərdə Ankara, İstanbul, Antalya kimi şəhərlərdə müxtəlif tarixlərdə ortaq yığıncaqlar keçirdik. Bir çox şəhərlərdəki türkçülərin bir araya gəlməsiylə məni də Birləşmiş Türkçü Cəbhənin qurucu başçısı seçildim. Ayrıca Türkiyənin bir çox şəhərlərində oxunan Türkçü Dərginin də baş yazarıyam.
Birləşmiş Türkçü Cəbhənin (BTC) quruluş günü 3 May 2010-cu ildir. Məlum olduğu kimi 3 May Türkiyədə “Gökbilgə” deyə adlandırdığımız böyük türkçü Hüseyn Nihal Atsız və yoldaşlarının mübarizələrinin ildönümüdür. Bu gün dünyada Türkçülər Günü olaraq qeyd olunmaqdadır. Biz də quruluş günümüz olan 3 May 2010-cu ildə Türkiyədə Atsız Bəyin məzarıını ziyarətə getdik. Həm də "Birləşmiş Türkçü Cəbhə” Bəyannaməsini payladıq. Orada deyilirdi:
Birləşmiş Türkçü Cəbhə - gənc Türkçülərin öndərliyində qurulmuşdur. Məqsədimiz -Türkü ucaldan Türkçülük düşüncəsini ən yaxşı şəkildə təmsil etmək və bütövlükdə cəmiyyətə mənimsətməkdir.

- Bəs, Türkiyədə bu qədər milliyyətçi quruluş varkən niyə yeni bir təşkilatın yaranmasına ehtiyac yarandı?

- Tam məsuliyyəti ilə deyə bilərəm ki, mövcud təşkilatlanmalar tam mənasıyla ya Türkçü deyildilər, ya da Türkçü olsa belə, təşkilatlanma və təbliğat mövzusunda səhvə yol verirlər.
Türkiyədə istədiyimiz səviyyədə və yöndə Türkçü, Turancı təşkilatlar təəssüf ki, yoxdur. Birləşmiş Türkçü Cəbhə bu ehtiyacı aradan qaldırmaq üçün ortaya çıxmışdır. Bəzi illərdə hələ dağınıq şəkildə türkçülər var idi. Biz onları davamlı olaraq Birləşmiş Türkçü Cəbhəyə dəvət edir və mütəşəkkil mübarizənin lazımlılığı üzərində dayanırıq. Dağınıqlıq bu gün Türklüyün düşmənidir. Onun üçün Türk ulularından Hacı Bektaş Vəlinin dediyi kimi "Bir olaq, iri olaq, diri olaq" çağırışında oluruq. Ancaq bəzi Türkçülərin liderlik həvəsi təəssüf ki, milli ideyalardan önə çıxır.
BTC - hər şeydən əvvəl və təmənnasız bir şəkildə Türk milliyyətçiliyini, Türkçülüyü müdafiə edəcəkdir.
BTC - Türkçü təşkilatlanma üçün hər cür fədakarlığı edəcək və ən doğru üsullardan istifadə edəcək.
BTC - Türk millətinə, Türkçülük düşüncəsinin Türkün öz düşüncəsi olduğunu izah edəcək və təbliğatını bu istiqamətdə davam edəcək.
BTC - özünə Rəhbər olaraq Atatürkü, Gökbilgə olaraq da Atsızı seçmişdir. Atatürk və Atsız - Türkçü mübarizəmizə yolumuzu işıqlandıran və bizə sürət verən yeganə kəslər olacaq.
BTC - ölkəmiz və dünya Türklüyü ilə əlaqədar hər mövzuda lazımlı həssaslığı yalnız Türkçü ətraf içində deyil, ictimaiyyətdə də təmin etməyə çalışacaq.
BTC – XX əsrdə Türkçülüyün proqramını müəyyənləşdirir. Bu yolda fikirlər çıxaracaq, problemləri həll edəcək.
BTC - başda kürd terroru olmaqla mürtəce “dinciliyə”, beynəlmiləlçi kommunizmə, saxta “milliyyətçilərə”, mozaikçi “liboşlara” və bütün Türk düşmənlərinə qarşı Türkün yanında yer alacaqdır, Türkü müdafiə edəcəkdir.
BTC - Türkçü gənclərin mübarizə apardığı və Türkçü düşüncəni qavradığı bir mübarizə mərkəzi və məktəbi olacaq.
Qısacası, BTC - Türklərin XXI əsrdəki qərargahı olacaq!

- BTC hansı tədbirləri keçirib?

Birləşmiş Türkçü Cəbhə quruluşundan etibarən Türkiyədəki Türkçülərin hərəkat mərkəzi olmuşdur. Türkiyə və Türk Dünyası məsələləri üzərində dayanmış, yürüşlər, etirazlar, konfranslar təşkil etmişdir.
Birləşmiş Türkçü Cəbhə qurulmasının birinci ilində - 3 May 2011-ci ildə təşkil etdiyi bir yığıncaqla "Türkçü Jurnal" adında bir jurnal çıxarılacağını söyləmiş və “Türkçü Dərgi”ni 2011 –ci ilin iyulunda nəşrinə başlamışdır.
Bu günə qədər Türkçü Jurnalın 5 sayı çıxmışdır. 2 aydan bir çıxan "Siyasət, Mədəniyyət və ideal Jurnalı" adlı dərgimiz də var. Bu jurnalda məndən başka Prof. Dr. Acar Sevim, Kağan Bahadır, Oğuzhan Bay ve Adnan Er kimi dəyərli yazarlar və Türkçülüyün önəmli isimlərindən olan insanlar məqalələr yazırlar.
Birləşmiş Türkçü Cəbhənin bu günə qədər gördüyü işləri belə sıralaya bilərik:
Birləşmiş Türkçü Cəbhəni Birinci ilində;
3 May 2010 - Quruluş Günü - Nihal Atsızın qəbrinin ziyarət edilməsi, 3 May Türkçülük Günü üçün Malazgirt Marşının bəstəkarı Bəhri Yüzlüərlə görüş.
4 İyul 2010 - Şərqi Türküstana dəstək yürüşü. "Şərqi Türküstanın namusu bizim namusumuzdur!" və "Atsızın gəncləri Şərqi Türküstan yolunda!" şüarlarıyla yürüşdə iştirak; Türkçü şüarların deyilməsi, yazılı və vizual mediada Türkçülüyün təmsil edilməsi;
5 Sentyabr 2010 - Antalyada "Türkiyəni bölmə planlarına yox!" konfransının təşkil edilməsi və Antalya əhalisinin maarifləndirilməsi.
14 Noyabr 2010 - Antalyada "Türkçü qruplaşmanın zəruriliyi" konfransının təşkil edilməsi.
10 Dekabr 2010 - Göktürkçə mütəxəssis Prof. Cevval Kaya və Nihal Atsızın qardaşı oğlu Kürşad Börüteçenenin natiq olaraq qatıldığı "Ölümünün 35-ci ilində Atsız" konfransı;
11 Dekabr 2010 - Nihal Atsız qəbirinin ziyarət edilməsi və Kürşad Börüteçine ilə Prof.Dr. Acar Sevimin iştirakıyla təşkil edilən Birləşmiş Türkçü Cəbhə söhbəti;
12 Yanvar 2011 - Birləşmiş Türkçü Cəbhə təqvimlərinin, Atsız Atanın ad günü münasibətiylə yanvarın 12-də çap olunması və paylanmasına başlanması;
13 Fevral 2010 - "Türkün pessimizmlə imtahanı" konfransının təşkil edilməsi;
10 Aprel 2010 - "Boğazlıyan Baş məmuru Milli Şəhid Kamal Bəyi Anma" fəaliyyəti, ayrıca başda Antalya, İstanbul, Ankara və Adana olmaq üzrə bir çox ildə saysız yığıncaqlar təşkil edilməsi;
Müxtəlif məlumat və elan dərci: "Xainlərə dərs: Türk Milləti, açılım xəyanətdir!”, “30 Avqust - Zəfər Türkün olacaq!”, “Buse və Qadın şəhidlərin ruhu Bəyannaməsi”, “Atatürkün Türkçülüyü, Kılıçdaroğlunun kürdçülüyü”, 3 Mart- “Atamızın (Nihal Atsız - S.Ə.) yolundayıq, geriçiliyi gördüksə məhv edərik!”, “10 Aprel - Milli şəhidimiz Kamal Bəyi xatırlayırıq” kimi müxtəlif məlumat və elanların dərc edilməsi;
Birləşmiş Türkçü Cəbhə oğulları tərəfindən qələmə alınan və ideoloji cəbhənin yaradılmasını təmin edən bir çox yazılar;
Bir çox ildə Türkçü şüarların meydanları örtdüyü sprey boya işlərini görmək;
Birləşmiş Türkçü Cəbhənin İkinci ili
3 May 2011 - türkçülər gününün anılması üçün böyük Türkçü Hüseyn Nihal Atsızın məzarı ziyarət edilmiş və orada bir xatırlama mərasimi keçirilmişdir. Mərasimdən sonrakı söhbətdə Türkçü Jurnal adında bir jurnalın çıxarılacağı elan edildi;
Anma mərasiminin ardından İstanbul / Çağlayanda Törə Dərnəyində Birləşmiş Türkçü Cəbhə Başçısı Kurtkayaoğlu Kürşad tərəfindən "Türkçülüyə Giriş" adlı bir məruzə ilə çıxış edilmişdir;
Axşam saatlarında İstanbul Taksim Meydanında Türkçülük üçün edilən yürüşdə iştirak edildi;
27 May 2011 - Kadıköy Türk Ocağında Birləşmiş Türkçü Cəphə başçısı Kurtkayaoğlu Kürşad tərəfindən "Türkçülüyə giriş" konfransı keçirildi;
İyul 2011 - Türkçü Dərginin ilk sayı çıxarıldı. İlk nəşrin ön şüarı "Ey Vətən! Göz yaşların dursun, yetişdik çünki Biz!” oldu;
17 İyul 2011 - Antalya, İstanbul və İzmir başda olmaqla bir çox ildə təşkil edilən "Şəhidləri Anma gedişi"nə Birləşmiş Türkçü Cəbhə də qatıldı. Xüsusilə də, Antalyada daşıdıqları "Xainlərə qanma Türk Milləti, açılım xəyanətdir!" plakatıyla ölkə daxilində çox reaksiya doğurdu. Spiker və Azadlıq başda olmaqla Türkiyənin çox satılan qəzetlərinə çıxdı;
1 Oktyabr 2011 - İstanbulda Taksimdə təşkil edilən "Cənubi Azərbaycanda Urmiya gölünün fars diktaturası tərəfindən qəsdən qurudulmasına etiraz" hərəkatına qatıldıq;
29 Oktyabr 2011 - Van Zəlzələsinin bəhanə edilərək ölkə daxilində ləğv edilən və sanki qadağan edilən Respublika bayramını keçirmək üçün Birləşmiş Türkçü Cəbhə qəhrəmanları İstanbulun Bağdad küçəsində gəzintiyə qatıldı. "Atam İzindeyiz, mürtəceliyi Gördüyümüz Yerdə yox edəriz!" plakatlarıyla diqqət çəkdik;
11 Dekabr 2011 - Böyük Türkçü Gökbilgə Hüseyn Nihal Atsızın vəfatının 36-cı ildönümü qeyd olundu. Sonra Kadıköy Türk Ocaklarında bir konfrans təşkil edildi;
25 Dekabr 2011 - Erməni yalanlarını inkar edənlərə həbs cəzası verən qanun çıxarmaq istəyən Fransanın həyasızlığına etiraz etmək məqsədiylə İstanbulda Fransa Konsulluğu qarşısındakı tədbirə qatıldıq. Hərəkatda Birləşmiş Türkçü Cəbhə, "Xocalı məzlumlarına Fransız qalma!", "Qatil erməni, Türkə hesab verməli" kimi şüarlarıyla diqqət çəkdik;
26 Fevral 2012 - İstanbul və Antalyada Birləşmiş Türkçü Cəbhə və Türkçü Jurnal adıyla tədbirlər təşkil edildi. Bu gəzintilər sonrası Birləşmiş Türkçü Cəbhə, Türkiyədəki milli xəbər kanallarına və müxtəlif qəzetlərə çıxdı. Birləşmiş Türkçü Cəbhənin İstanbul həyatındakı gücünü görər-görməz işbirlikçi media tərəfindən hədəfə götürüldü. Erməni irkçisi Hrant Dinkin ölümünün ildönümündəki hadisələr və 26 fevraldakı şüarlara görə Birləşmiş Türkçü Cəbhəyə hücum təşkil edildi. Ancaq bu xəbərlər Birləşmiş Türkçü Cəbhəyə heç bir zərər verə bilmədi. Əksinə, Birləşmiş Türkçü Cəbhə Türk millətiylə görüşmə fürsəti tapdı.
08 Aprel 2012 - "Erməni böhtanları nəticəsində asılan Boğazlıyan Baş məmuru Milli Şəhid Kamal Bəy"in məzarı ziyarət edildi;
Bunların xaricində bir çox yerdə Türkçü Jurnal yığıncaqları təşkil edildi. Müxtəlif bildirişlər nəşr olundu. Türkçü Jurnalın 5 sayı işıq üzü gördü.

- Keçirdiyiniz tədbirlərdə ucaltdığınız bayraqdakı simgənizin açımı nədir?

Antalyalı Türkçülərdə ilk dəfə istifadə etdiyimiz və Türkçü Dərginin də emblemi olaraq istifadə "kölgə çeri" eyni zamanda Birləşmiş Türkçü Cəbhənin də emblemidir. Yeri gəlmişkən, Birləşmiş Türkçü Cəbhəni "kölgə çeri" embleminin də üzərində bir az danışmaq istəyirəm.
Şəkildə gördüyünüz simgə Birləşmiş Türkçü Cəbhənin "Kölgə Ceri" simgəsidir. Yaranışımızın emblemi budur. Göy fon - Türklük və Türk Dünyası mənasını verir. Üstündəki qara rəngli atlı əsgər fiquru isə "kölgə çeri" dir. Bu atlı əsgər qədim türklərin timsalıdır.
Göy fon, yəni Türk dünyası üzərinə gələn "kölgə çeri" - BTC-nin "Keçmişin Türkləri dirilir!" şüarını göstərir.
Birləşmiş Türkçü Cəbhənin gördüyü işlər barədə Türkiyədə çox satılan qəzetlərdə məlumatlar verilməsiylə, Türkçülüyün adını eşitdirməyi bacarmışdır. Təbii, bu xəbərlər içində bizim böyüməmizdən qorxub Birləşmiş Türkçü Cəbhəyə hücum edənlər də mövcuddur.

- Türk Dünyası ilə əlaqələriniz nə səviyyədədir?

Birləşmiş Türkçü Cəbhə və “Türkçü Dərgi” Türkiyədə görülən bir ülkü ehtiyacını aradan qaldırmaq üçün ortaya çıxmışdır. Bu ehtiyac yalnız Türkiyədə deyil, bütün Türk Dünyasında vardır.
Türk Respublikalarına Türkiyədən təhsil üçün gedən yoldaşlar oralarda Birləşmiş Türkçü Cəbhə qrupları yaradaraq nəsə etməyə çalışırlar. Azərbaycanda isə, Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının Gənclər Təşkilatı ilə əlaqəmiz var və onlarla əməkdaşlıq etmək üçün fikir mübadiləsi aparmaqdayıq.
Ötən ilin dekabrın 11-də Azərbaycandan gələn Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının üzvü olan gənclər bir həftə müddətdə bizim qonağımız olmuş, bu müddət içində Türk Dünyası gəncliyi içində əməkdaşlıq mövzusu üzərində fikir mübadiləsi edilmişdir. Azərbaycana böyük ümidimiz var. Azərbaycan - milli həssaslığın yüksək olduğu bir ölkədir. Xüsusilə də, 1990-cı ildən sonra müstəqilliklə birlikdə milli özünüdərkin inkişafını Türkiyədən məmnuniyyətlə izləməkdəyik.
Azərbaycanın sevinci bizi sevindirdiyi kimi, kədəri də bizi üzməkdədir. Azərbaycanın milli iddialarını Türklüyün ortaq milli iddiaları olaraq görürük. Bu il 26 fevralda İstanbulun ən böyük meydanında "Xocalı şəhidlərini anma və Qarabağ soyqırımını lənətləmə" adıyla bir yürüş hazırladıq. Bu yürüşə Türkiyədən yüz minlərlə Türk qatıldı.
Azərbaycan Birləşmiş Türkçü Cəbhə və Türkçü Dərginin də yayılmağa çalışdığı bir sahədir. Türk birliyinə gedən yol Turanın qərbindən keçməkdədir. Buna görə Turanın qərbindəki 3 müstəqil dövlət olan Türkiyə, Kipr Türk Respublikası və Azərbaycanın əməkdaşlıq içində olması lazımdır. Bu əməkdaşlığı təmin etmək isə, 3 ölkədəki türkçülərin üzərinə düşür.

- İnternet resursunuz varmı?

-Birləşmiş Türkçü Cəbhə bu mövzuda üzərinə düşən məsuliyyəti dərk edir. Türkçü Jurnal və Birləşmiş Türkçü Cəbhə saytları yaxın günlərdə hazır olacaq. Ancaq facebookdan əlaqə qurmaq mümkündür. Birləşmiş Türkçü Cəbhə üçün "http://www.facebook.com/BTCephe", Türkçü Jurnal üçün dəhttp://www.facebook.com/TurkunDergisi adreslərinə baxmaq olar. Ayrıca Birləşmiş Türkçü Cəbhənin Azərbaycan üçün açdığı bir səhifə da varhttp://www.facebook.com/BTC.AZ
- Türkiyədə və Türk Dünyasında türkçülüyü necə görürsünüz?

Təşkilatımızın üzvləri hər zaman Türkçülük adına işi birinci prinsip olaraq görür. Bizim üçün baş nazir, prezident, prokuror, memar, müəllim, iş adamı olmaq heç bir zaman Türkçü olmaqdan daha artıq deyil. Biz özümüzü Türkçülüyün fədailəri olaraq görürük. Türkçülük üçün zibilyığan olmaq memar olmaqdan daha yaxşıdırsa, heç çəkinmədən zibilyığanlığı seçərik. Türkçülüyün müvəffəqiyyətli olması üçün əhəmiyyətli mövqelərə gəlmək lazım olduğunu söyləyən və beləcə Türkçü mübarizəyə qarşı gedib, "irəlidə böyük dəstək olaram" deyənlər türkçülüyə ən böyük xəyanət edənlərdir.
Yuxarıdakı sözlərimdən Birləşmiş Türkçü Cəbhə üzvlərinin cahil və xüsusiyyətsiz kəslər olduğu da başa düşülməsin. Birləşmiş Türkçü Cəbhəni meydana gətirən gənclərin əksəriyyəti məmləkətin ən yaxşı universitetlərində təhsil görən gənçlərdir. Türkçü Jurnal adlı bir jurnal çıxarmaları da onların Türkiyənin nadir ziyalıları arasına girməyə namizəd olduqlarını göstərir. Ancaq bizə görə heç bir mövqe Türkçülüyün köləsi olmaqdan daha uca deyil. Ayrıca Birləşmiş Türkçü Cəbhə və Türkçü Jurnal daim altında təşkilatlanan milliyyətçi gənclərin əsl məqsədi qətiyyətlə ölkə rəhbərliyinin başına keçməkdir. İqtidar olmaq bizim yeganə hədəfimizdir. Siyasət xaricində qalmaq, məsuliyyətdən qaçmaqdır. Biz əsla Türkçülüyün siyasiləşməsinə qarşı çıxanlardan olmamışıq. Yeri gəldikcə, Türkçülük siyasiləşəcək və bütün bir Türk millətinin düşüncəsi halına gələcəkdir.
- Kürşad bəy, Sizə və təşkilatınıza uğurlar arzulayırıq!
- Mən də şəxsən özümün və Birləşmiş Türkçü Cəbhədəki qardaşlarımız adından “Millətçilik” qəzetinin sayğılı redaksiya heyətinə və oxucularına uğurlar arzulayıram.
Tanrı Türkü qorusun!
Söhbətləşdi: Sevda Əsgərova
“Millətçilik” qəzeti 28 Aprel 2012-ci il
  




 
E-posta : iletisim@turkcudergi.com
Facebook : www.facebook.com/Turkcudergi
Twitter : twitter.com/TurkcuDergi
İletişim : Tahılpazarı Mah. İsmetpaşa Cad. 2.Kantarcılar İşhanı No:52 D.26 Muratpaşa / Antalya
Türkçü dergi e-posta ağına kayıt olun !